Argentina millisi 2026-cı il dünya çempionatının yarımfinalında İngiltərəyə qalib gələrək (2:1) finala yüksəlib ki, bunun sayəsində Lionel Messi dünya çempionatlarının qızıl medal uğrunda matçlarında üçüncü dəfə iştirak edəcək tarixdəki beşinci futbolçu olub.

Matc.az xəbər verir ki, "albiseleste"nin ulduzu 2014-cü il dünya çempionatında Almaniyaya məğlub olaraq gümüş mükafat qazanıb. 2022-ci ildə isə o, kapitan qismində Fransa ilə qarşılaşmada zəfər çalıb.

Əvvəllər bunu yalnız Kafu, Ronaldo, Lotar Matteus və Pyer Littbarski bacarıb. Braziliyalılar nəticədə iki dəfə, almanlar isə bir dəfə çempion olublar.

Bununla bərabər, Argentina qələbə qazanacağı təqdirdə Lionel Messi unikal bir nailiyyətə imza ata bilər. Belə ki, indiyədək heç bir oyunçu komandanın kapitanı olaraq ardıcıl iki dünya çempionatını qazanmayıb.

Xatırladaq ki, qızıl medal uğrunda matçda Lionel Skaloninin yetirmələri İspaniya ilə qarşılaşacaqlar. Görüş iyulun 19-da keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest