Məşq iyulun 18-i, saat 18:00-da "Palms Sports Arena"da başlanacaq.

"Neftçi"nin yeni mövsüm öncəsi açıq məşqi təşkil olunacaq.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, məşq iyulun 18-i, saat 18:00-da "Palms Sports Arena"da başlanacaq. Komandanın hazırlığını canlı izləmək üçün "Forza Neftçi" Azad Azarkeş Qrupu ilə yanaşı, bütün azarkeşlər tribunalarda gözlənilir.

Stadiona giriş sərbəstdir. Saat 16:00-dan etibarən "Palms Sports Arena"da yerləşən rəsmi mağaza da qapılarını qonaqlar üçün açacaq. Azarkeşlərin ən geci saat 17:30-da stadionda olması tövsiyə edilir.

Açıq məşqə KİV nümayəndələri də dəvətlidir. Onlar üçün məşqdən əvvəl "Neftçi" PFK-nın baş icraçı direktoru Cenk Sümer və baş məşqçi Yuri Vernidubun iştirakı ilə brifinq təşkil ediləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest