"İmişli" Futbol Klubunun yeni loqosu rəsmi olaraq ictimaiyyətə təqdim edilib.

"İmişli" Futbol Klubunun yeni loqosu rəsmi olaraq ictimaiyyətə təqdim edilib.

Matc.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin gələcək planları və strategiyasına həsr olunmuş mətbuat konfransında məlumat yayıb.

Bildirilir ki, klubun rəmzinə çevrilən yeni loqodakı pələng gücü və sarsılmaz iradəni, qalxan isə komandanın müdafiə əzmi ilə birliyini simvolizə edir. Loqoda yer alan göy rəng Araz çayını və dərinliyi, qızılı çalarlar isə regionun məhsuldarlığını və komandanın dəyərlərini ifadə edir.

Tədbirdə çıxış edən klubun icraçı direktoru Aqşin Mürsəlov komandanın qarşıdakı mövsümdə ilk "6-lıq"da yer almağı hədəflədiyini vurğulayıb. O, ötən mövsüm bəzi insanların komandanın çempionatı tərk edəcəyini düşündüyünü, lakin kollektivin bütün gözləntiləri doğruldaraq hədəfinə çatdığını xatırladıb.

Klub rəsmisi həmçinin komandanın 2026/2027 mövsümündə ev qarşılaşmalarını Yevlax şəhər stadionunda keçirməyi planlaşdırdığını diqqətə çatdırıb: "Yevlax şəhər stadionu standartlara tam cavab verir. Ötən mövsüm ev oyunlarımızı Qubada keçirdiyimiz üçün çox böyük çətinliklərlə üzləşdik. İmişlidəki stadionla bağlı isə hələlik razılığa gələ bilmirik və hazırda orada heç bir fəaliyyət yoxdur. Gələcəkdə özümüzə məxsus stadion tikmək niyyətindəyik. Yeni mövsümün başlanğıcında müəyyən çətinliklərimiz ola bilər, lakin bu problemləri tezliklə aradan qaldıracağıq".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest