London "Arsenal"ının və Belçika millisinin vinqeri Leandro Trossard Türkiyənin "Beşiktaş" klubuna transfer olunub.

Matc.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, transfer məbləği 18 milyon avro təşkil edib və bu məbləğ 3 il ərzində ödəniləcək. Futbolçu ilə illik maaşı 6,5 milyon avro olmaqla 3 illik müqavilə imzalanıb.

31 yaşlı belçikalı 2023-cü ilin yanvarından "Arsenal"da çıxış edirdi. Həmin vaxt "topçular" onun keçidi üçün "Brayton"a 24 milyon avro ödəmişdilər. London klubunda keçirdiyi 3 il yarım ərzində o, bütün turnirlərdə 174 matçda meydana çıxıb, 36 qol vurub və 34 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest