Argentina millisinin kapitanı Lionel Messi komandasının İngiltərəyə qalib gəldiyi 2026-cı il dünya çempionatının yarımfinal matçının ən yaxşı oyunçusu seçilib.

Matc.az xəbər verir ki, bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, 39 yaşlı futbolçu görüşün sonlarında iki həlledici ötürmə edərək "albiseleste"nin qələbəsinə böyük töhfə verib. Messi 85-ci dəqiqədə Enso Fernandesə ötürmə verərək hesabı bərabərləşdirən qola imkan yaradıb. O, 90+2-ci dəqiqədə isə Lautaro Martinesə məhsuldar ötürmə ötürüb və bu qol Argentina yığmasını finala yüksəldib.

Qeyd edək ki, Messi dünya çempionatlarının yarımfinal tarixinə ən yaşlı meydan oyunçusu kimi düşüb. Matçın keçirildiyi gün əfsanəvi argentinalının 39 yaşı və 21 günü tamam olub.

Finalda Argentina yığması bir gün əvvəl Oyarzabal və Porronun qolları sayəsində Fransaya qalib gələn İspaniya millisi ilə qarşılaşacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest