Bu gün UEFA Konfrans Liqasında I təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.

Matc.az xəbər verir ki, ölkəmizi bu turnirdə təmsil edən "Zirə" səfərdə Gürcüstanın "Torpedo" (Kutaisi) kollektivi ilə qarşılaşacaq.

Bildirilir ki, Kutaisidəki "Şengeliya Arena"da baş tutacaq qarşılaşmanı Macarıstandan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, komandalar arasında Sumqayıtda keçirilən ilk oyunda Rəşad Sadıqovun yetirmələri rəqibini 3:0 hesabı ilə darmadağın edərək növbəti mərhələ üçün böyük üstünlük qazanıblar.

UEFA Konfrans Liqası
I təsnifat mərhələsi, cavab oyunu

16 iyul (cümə axşamı)

20:00. "Torpedo" – "Zirə"
(İlk oyun - 0:3)

Baş hakim: Mihali Kapray
Baş hakimin köməkçiləri: İstvan Albert, Bense Belitsa
Dördüncü hakim: Marsel Derdak
"Şengeliya Arena" stadionu (Kutaisi) 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest