23 Fevral 2024, 21:21
FUTBOL
"Liverpul"un hücumçusu Darvin Nunes keçən yay "Çelsi"yə keçə bilərdi.
Matc.az xəbər verir ki, uruqvaylı forvard 2022/23 mövsümünü gözlənildiyindən daha pis keçirdi, ona görə də yayda “Liverpul” futbolçunu satmağı düşündü.
"Zadəganlar" Nunes üçün 85 milyon funt-sterlinq təklif edib. Lakin futbolçunu “qırmızılar”ın baş məşqçisi Yurgen Klopp buraxmayıb.