25 İyul 2026, 21:47
FUTBOL
Yeni mövsümə hazırlıqlarını davam etdirən "Kəpəz" daha bir transferini reallaşdırıb.
Yeni mövsümə hazırlıqlarını davam etdirən "Kəpəz" daha bir transferini reallaşdırıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Gəncə təmsilçisi Kennet Kalunqanı heyətinə qatıb. 29 yaşlı cinah yarımmüdafiəçisi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.
Zambiyalı futbolçunun son klubu “Mingəçevir” olub.
Qeyd edək ki, "Kəpəz" bu yay Rojerio Santos (son klubu "İroni Tiberias", İsrail), Vadim Abdullayev (son klubu "Karvan-Yevlax") və Azuma Abubakarı (son klubu “Lustenau”, Avstriya) da transfer edib.













