"Kəpəz" klubu yeni mövsümün hazırlıqları çərçivəsində daha bir transferi rəsmiləşdirib.

"Kəpəz" klubu yeni mövsümün hazırlıqları çərçivəsində daha bir transferi rəsmiləşdirib.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Gəncə təmsilçisi 33 yaşlı müdafiəçi Urfan Abbasovu heyətinə qatıb. Təcrübəli futbolçu ilə mövsümün sonunadək nəzərdə tutulan müqavilə imzalanıb.

Urfan Abbasovun son klubu "Araz-Naxçıvan" olub və o, ötən mövsüm ərzində ümumilikdə 26 oyunda meydana çıxıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest