"Reyndjers"in sabiq müdafiəçisi və kapitanı Ceyms Tavernier MLS-ə keçməyə yaxındır.
Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" teleradio şirkəti məlumat yayıb.
Bildirilir ki, azad agent statusunda olan 34 yaşlı ingiltərəli futbolçu Amerikanın "Şarlott" klubunun heyətinə qoşula bilər. Təcrübəli oyunçunun dəvət olunmasının əsas təşəbbüskarı Şimali Karolina təmsilçisinin baş məşqçisi Din Smitdir.
Müdafiəçinin özü hazırda karyerasını davam etdirmək üçün bütün mövcud variantları nəzərdən keçirir. Amerika klubundan başqa, İtaliya A Seriyası və Fransa Liqa 1-in adları açıqlanmayan komandaları da ingiltərəli futbolçuya yaxından maraq göstərirlər.
Tavernier "Lids Yunayted"in yetirməsidir. Lateral 2015-ci ildən başlayaraq 2025/2026-cı illər mövsümünün sonuna qədər "Reyndjers"in şərəfini qoruyub. Qlazqo təmsilçisində keçirdiyi 11 il ərzində o, bütün turnirlərdə 565 rəsmi matçda meydana çıxıb və müdafiəçi üçün fenomenal məhsuldarlıq nümayiş etdirərək 144 qol vurub, 148 məhsuldar ötürmə edib.
Tavernier "Cers"in heyətində Şotlandiya çempionatının, ölkə kubokunun və Şotlandiya liqa kubokunun qalibi olub.








_1784928428.jpg)




