UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində təmsilçimiz "Qarabağ" öz meydanında Bolqarıstanın ÇSKA (Sofiya) komandası ilə qarşılaşacaq. Ağdam təmsilçisi növbəti mərhələ yolunda keçiriləcək bu ilk vacib oyundan üstünlüklə ayrılmağı hədəfləyir.
Matc.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmada Qurban Qurbanovun yetirmələri bolqar rəqibini doğma azarkeşlər önündə məğlub edərək cavab oyunu öncəsi ciddi üstünlük qazanmağa çalışacaqlar.
İlk mərhələdə İslandiyanın "Vestri" klubunu hər iki oyunda eyni (3:0, 3:0) hesabla sıradan çıxaran "köhlən atlar" turnirdəki uğurlu seriyasını davam etdirmək niyyətindədir.
Qeyd edək ki, iyulun 23-də Bakıda təşkil olunacaq bu gərgin qarşılaşma saat 20:00-da start götürəcək.
UEFA Avropa Liqası
II təsnifat mərhələsi, ilk oyun
22 iyul
20:00. "Qarabağ" - ÇSKA
Baş hakim: Daniele Çiffi
Baş hakimin köməkçiləri: Covanni Baççini, Alessandro Lo Çiçero
Dördüncü hakim: Daniele Perenzoni
VAR: Valerio Marini
AVAR: Federiko La Penna
Dəstək VAR hakimi: -
Tofiq Bəhramov adına Respublika stadionu (Bakı) [1]













