"Qalatasaray"ın hücumçusu Viktor Osimhen sosial media hesabında canlı yayım açaraq klub rəhbərliyini sərt tənqid edib və maaşını ala bilmədiyini bəyan edib.
Matc.az xəbər verir ki, o, getmək istədiyini aşkar şəkildə bəyan edib.
Nigeriyalı futbolçu "Üç aydır ki, maaş almıram. Mən olmasaydım, dünyada heç kimin "Qalatasaray" haqqında məlumatı olmazdı. Nankor insanlar, mənim pulumu verməsəniz gedərəm!" sözlərini ifadə edib.
Bu gərginlikdən dərhal əvvəl ulduz forvarda gəlir vergisinin ödənilməməsi səbəbindən bank tərəfindən rəsmi xəbərdarlıq göndərildiyi də iddia olunurdu.
Klub rəhbərliyi vergi problemini dərhal həll etsə də, futbolçulara verilən bəzi çeklərin qarşılıqsız çıxması və maaş böhranı ilə bağlı gəzən şayiələri qətiyyətlə təkzib edib.













