"Mançester Siti" rəsmi saytında Özbəkistan millisinin müdafiəçisi Abduqodir Xusanov ilə müqavilənin müddətinin 2031-ci ilə qədər uzadıldığını elan edib.

Matc.az xəbər verir ki, 22 yaşlı futbolçunun əvvəlki əmək müqaviləsi 2029-cu ilin yayına qədər nəzərdə tutulmuşdu.

Xusanov 2025-ci ilin yanvarında "Lans"dan "Mançester Siti"yə keçib. Bu müddət ərzində müdafiəçi bütün turnirlərdə 47 oyunda iştirak edib və bir qolla yadda qalıb.

"Şəhərlilər"in heyətində futbolçu İngiltərə Kubokunu və Liqa Kubokunu qazanıb. Transfermarkt portalında 22 yaşlı oyunçunun dəyəri 50 milyon avro təşkil edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest