26 İyul 2026, 20:26
FUTBOL
"Sumqayıt" və "Kəpəz" klubları bu gün yoxlama oyununda qüvvəsini sınayıb.
"Sumqayıt" və "Kəpəz" klubları bu gün yoxlama oyununda qüvvəsini sınayıb.
Matc.az xəbər verir ki, yeni mövsümün hazırlıq prosesini Qəbələdə keçirən komandalar qarşı-qarşıya gəlib.
Görüşdə qapılara qol vurulmayıb.
Qəbələ toplanışındakı ilk sınaq matçında "Sumqayıt" meydan sahibi "Qəbələ" ilə 1:1 hesablı heç-heçə edib. Gəncə təmsilçisi "Kəpəz" isə "Şamaxı" ilə keçirdiyi yoxlama görüşündə 0:0 hesablı heç-heçəyə razılaşıb.













