"Qalatasaray" klubu "Real"ın ulduz futbolçusu Brahim Diazın transferi üçün danışıqlara başlayıb.
Matc.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilir ki, İspaniya nəhəngi mərakeşli oyunçunu sata biləcəyinin mesajını verdikdən sonra hərəkətə keçən "sarı-qırmızılılar" 25-30 milyon avro civarında bonservis məbləğini gözdən çıxarıblar.
Diazın prioritetinin komandada qalmaq olduğunu bildirməsi transfer prosesini rəhbərliyin yollarını ayırmağı planlaşdırdığı futbolçu ilə bağlı yekun qərarı verəcək baş məşqçi Joze Mourinyonun hesabatından asılı vəziyyətə salıb.
Hücumameyilli yarımmüdafiəçi mövqeyi üçün hədəflərdən biri olan 26 yaşlı oyunçunun madridlilərlə müqaviləsinin başa çatmasına 1 il qalması transferin reallaşma ehtimalını artırır.












