25 İyul 2026, 15:30
FUTBOL
"Fənərbaxça" ilə "Qalatasaray" "Milan"ın və Portuqaliya millisinin hücumçusu Rafael Leaunun transferi barədə danışıqlar aparır. Portuqaliyalı futbolçu ildə 13-14 milyon avro məbləğində maaş gözləyir.
Matc.az xəbər verir ki, bu barədə "Sky Sport Italia" nəşri məlumat yayıb.
Bildirilir ki, 27 yaşlı oyunçunun özü karyerasını İngiltərə Premyer Liqasında davam etdirmək istəyir, lakin karyerasının digər inkişaf variantlarını da istisna etmir.
"Milan" oyunçu üçün 60 milyon avro əldə etmək istəyir ki, bunun da 50 milyon avrosu sövdələşmənin sabit məbləği kimi qeyd olunmalıdır. Lakin ilkin danışıqlar göstərib ki, "Qalatasaray" bu məbləğə yaxınlaşa bilməyəcək.












