Ukrayna millisinin və PSJ-nin mərkəz müdafiəçisi İlya Zabarnı İngiltərə klubunun maraq dairəsinə düşüb.
Matc.az xəbər verir ki, bu barədə Fransanın "Foot01" nəşri məlumat yayıb.
Bildirilir ki, "Liverpul" 23 yaşlı futbolçunun ətrafındakı vəziyyəti diqqətlə izləyir. Son həftələrdə Zabarnının nümayəndələri oyunçunun namizədliyini mersisaydlılara təklif ediblər və artıq klubla danışıqlar aparıblar.
"Qırmızılar"ın müdafiəçiyə olan marağı onunla izah olunur ki, komandanın baş məşqçisi Andoni İraola "Bornmut"dakı birgə fəaliyyətdən onun imkanlarına yaxından bələddir.
Bununla belə, transfer asan olmaya bilər. Ötən yay PSJ Zabarnını "Bornmut"dan 57 milyon avroya rəsmiləşdirib və ciddi təklif olmadan oyunçu ilə yollarını ayırmaq istəmir.
İlya Zabarnı 2025-ci ilin yayında PSJ-nin heyətinə qoşulub. O, komandada 37 matçda meydana çıxıb və bir qol vurub. "Transfermarkt" portalında 23 yaşlı futbolçunun dəyəri 40 milyon avro təşkil edir. Klubla müqavilə 2030-cu ilin yayına qədər nəzərdə tutulub.






_1784928428.jpg)






