"Real"ın vingeri Vinisius Junior "Kral klubu"nun son həftələrdə "Atletiko"nun hücumçusu Xulian Alvares və "Bavariya"nın forvardı Maykl Olise ilə maraqlanması səbəbindən özünü dəyərsiz hiss edib.

Matc.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

Bildirilir ki, braziliyalı vingerin yüksək səviyyəli oyununa baxmayaraq, Madrid təmsilçisi əvvəlcə yarımmüdafiəçi Cud Bellinqemi, daha sonra isə hücumçu Kilian Mbappeni transfer edib ki, bu da Vinisiusun ikinci plana keçdiyini düşünməsinə rəvac verib.

Buna rəğmən, "Real" rəhbərliyi 26 yaşlı futbolçunu hələ də komandanın mühüm üzvü hesab edir. Vinisius İspaniya qrantı "Laypsiq"in vingeri Yan Diomandanı transfer edəcəyi təqdirdə də aparıcı statusunu qorumaq niyyətindədir.

Futbolçu və klub əməkdaşlığı davam etdirmək istəsələr də, 2027-ci ilin yayında başa çatacaq müqavilənin müddətini uzatmaq üçün şərtlərdə razılığa gələ bilmirlər. Hücumçu yeni sözləşməyə əsasən illik 20 milyon avro maaş tələb edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest