25 İyul 2026, 14:08
FUTBOL
"Mançester Siti" klubunun yarımmüdafiəçisi Rodri Madrid "Real"ı ilə şəxsi müqaviləsinin şərtlərini razılaşdırıb.
Matc.az xəbər verir ki, bu barədə insayder Matteo Moretto özünün "X" sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
Bildirilir ki, hazırda dünya çempionu "Kral klubu"nun "şəhərlilər"lə onun transferi barədə razılığa gəlməsini gözləyir.
Ötən mövsüm Rodri bütün turnirlərdə 33 matçda iştirak edib və 2 qolla yadda qalıb. Oyunçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 50 milyon avro təşkil edir.












