Qəbələ şəhər stadionunda baş tutan qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

Yeni mövsümün hazırlıqlarını Qəbələdə davam etdirən "Qəbələ" komandası növbəti yoxlama oyununda qüvvəsini sınayıb. "Qırmızı-qaralar" doğma meydanda Bakı təmsilçisi "Şəfa" ilə qarşılaşb.  

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qəbələ şəhər stadionunda baş tutan qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

Kaxaber Sxadadzenin rəhbərlik etdiyi bölgə təmsilçisi matçın 10-cu dəqiqəsində İsak Amoahın vurduğu qolla önə keçsə də, üstünlüyünü qoruya bilməyib.

Zaur Həşimovun baş məşqçisi olduğu "Şəfa" 86-cı dəqiqədə İsmayıl Zülfüqarlının penaltidən vurduğu qolla bərabərliyi təmin edib.

Qeyd edək ki, bu oyun hər iki komanda üçün 2026/27 mövsümü öncəsi hazırlıq planının bir hissəsidir. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest