Madrid "Real"ı Karlo Ançelottinin yerinə yeni baş məşqçi təyin etməyə hazırlaşır. Matc.az xəbər verir ki, italiyalı mütəxəssisin Braziliya millisinə rəhbərlik etməyə yaxın olduğu iddia olunur.
 
Həmçinin bildirilir ki, "Real"ın cari mövsümdə o qədər inamlı çıxış etməməsi də klub rəhbərliyinin baş məşqçi postunda dəyişiklik etməsini şərtləndirir. Təcrübəli mütəxəssis bu mövsüm bir kubok qazanmasa, 63 yaşlı məşqçi istefaya göndəriləcək.
 
Hazırda "Real"ın namizədlər siyahısına iki argentinalı – Marselo Qalyardo və Maurisio Poçettino, Madrid təmsilçisinin sabiq baş məşqçisi Zinəddin Zidan, həmçinin "Bayern"in keçmiş çalışdırıcısı Yulian Naqelsmann daxildir.
 
Xatırladaq ki, "Real" bu mövsüm 26 turdan sonra İspaniya La Liqasında lider "Barselona"dan 12 xal geri qalır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest