"Qalatasaray" klubu yeni mövsüm öncəsi transfer çalışmalarında böyük bir addım ataraq 10 nömrə mövqeyi üçün hərəkətə keçib. "Sarı-qırmızılılar" dünya çempionatının fərqlənən adlarından olan Mərakeş millisinin ulduzu Brahim Diazı transfer siyahısına daxil edib.

Matc.az xəbər verir ki, bu barədə "Milliyet" nəşri məlumat yayıb.

Bildirilir ki, İstanbul təmsilçisi "Real" formasını geyinən 26 yaşlı istedadlı futbolçunun keçidi üçün Madrid klubunun başına keçən Joze Mourinyonun qərarını gözləyir.

İspaniya nəhəngi ilə daha 1 illik müqaviləsi olan ulduz futbolçu üçün "Qalatasaray" rəhbərliyi 20 milyon avronu gözdən çıxarıb. "Sarı-qırmızılılar"ın bu addımının digər transfer hədəfi olan Xulio Enkiso ilə bağlı danışıqlardan tamamilə müstəqil şəkildə aparıldığı bildirilir.

Qeyd edək ki, "Real"ın heyətində geridə qalan mövsümdə 42 matçda şans qazanan Brahim Diaz 2 qol vurub və 9 məhsuldar ötürmə ilə yaddan qalıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest