"Turan Tovuz" klubunun Türkiyə toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı rəqiblərindən biri bəlli olub. 

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tovuz komandası iyulun 17-də İranın 21 yaşlılardan ibarət yığma komandası ilə qarşılaşacaq. Sözügedən oyun Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Qeyd edək ki, "Turan Tovuz" Türkiyə təlim-məşq toplanışı çərçivəsində ümumilikdə 4 yoxlama görüşündə qüvvəsini sınayacaq. İrana karşı keçiriləcək matçdan başqa, digər 3 rəqibin kimliyi və oyunların tarixləri barədə klub tərəfindən əlavə məlumat verilməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest