"Fənərbaxça" klubu yeni mövsüm öncəsi transfer çalışmalarını sürətləndirərək sol cinah mövqeyini gücləndirmək üçün hərəkətə keçib. İstanbul təmsilçisi komandaya dünya səviyyəsində bir ulduz qazandırmağı hədəfləyir.

Matc.az xəbər verir ki, bu barədə "Fanatik" nəşri məlumat yayıb.

Bildirilir ki, İstanbul klubunun rəhbərliyinin sol cinah transferində əsas hədəfi hazırda Madrid "Atletiko"sunun formasını geyinən Ademola Lukmandır. Nigeriyalı ulduzun ötən qış "transfer pəncərəsi"ndə də İstanbula gəlməyə çox yaxın olduğu, lakin keçidin son anda baş tutmadığı vurğulanıb.

Bu transferin reallaşmaması ehtimalına qarşı "sarı-lacivərdlilər"in siyahısındakı növbəti ad isə Markus Reşforddur. "Barselona"nın satın alma bəndindən istifadə etməməsindən sonra gələcəyi qeyri-müəyyən qalan ingilis ulduzun vəziyyətini "Fənərbaxça" yaxından izləyir edir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı klublarının yaxından maraqlandığı Kərəm Aktürkoğlunun komandadan ayrılacağı təqdirdə, rəhbərlik sol cinah transferinə dərhal sürət verəcək və öncəliyini bu iki oyunçuya yönəldəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest