"Barselona" klubu Ekvadorun "LDU Kito" komandasından sol cinah müdafiəçisi Xosua Kaysedonu icarəyə götürüb. 18 yaşlı futbolçu tezliklə Kataloniya təmsilçisinin heyətinə qoşulacaq.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, tərəflər arasında əldə olunan razılığa əsasən, Kaysedo 2026/2027-ci illər mövsümünün sonuna qədər kataloniyalıların şərəfini qoruyacaq. Müqavilədə "Barselona"nın oyunçunu birdəfəlik satın alma hüququna sahib olduğu xüsusi bənd də yer alıb. Gənc ekvadorlu müdafiəçinin ilk vaxtlar "göy-qırmızılılar"ın ehtiyat komandasında çıxış etməsi planlaşdırılır.

Qeyd edək ki, cinah müdafiəçisi ötən 2025/2026 mövsümündə bütün turnirlərdə ümumilikdə 10 matçda meydana çıxıb və 1 məhsuldar ötürmə ilə yaddan qalıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest