"İmişli" klubu heyətini Azərbaycan milli komandasının qapıçısı Yusif İmanov ilə gücləndirib.

"İmişli" klubu heyətini Azərbaycan milli komandasının qapıçısı Yusif İmanov ilə gücləndirib. Bölgə təmsilçisi gənc qolkiperlə rəsmi müqavilə imzalayıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, 23 yaşlı çərçivə qoruyucusu ilə "2+1" illik sözləşmə bağlanıb.

Karyerası ərzində "Sabah", Kosovonun "Malişeva" və "Kəpəz" klublarının formasını geyinən Yusif İmanov, müxtəlif yaş qrupları üzrə Azərbaycan milli komandalarında çıxış edib, həmçinin əsas yığmanın da şərəfini qoruyub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest