13 İyul 2026, 18:45
FUTBOL
Gəncə təmsilçisi Rojerio Santosu heyətinə qatıb.
"Kəpəz" klubu yeni mövsümdə ilk transferini rəsmiləşdirib. Gəncə təmsilçisi Rojerio Santosu heyətinə qatıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, tam adı Paulo Rojerio Veyqa dos Santos olan qapıçı ilə 1 illik müqavilə imzalanıb.
Portuqaliyalı qolkiper son olaraq İsrailin "İroni Tiberias" klubunda çıxış edib.
Qeyd edək ki, "Braqa"nın yetirməsi olan 26 yaşlı qapıçı 2024-2025-ci illər mövsümündə də "sarı-göylər"in formasını geyinib.













