Argentina millisinin kapitanı Lionel Messi 2026-cı il dünya çempionatında bir matç ərzində piyada 5 kilometrdən çox məsafə qət edən yeganə hücumçu olub. Ulduz futbolçu turnir boyu iki qarşılaşmada bu maraqlı göstərici ilə yaddan qalıb.
Matc.az xəbər verir ki, bu barədə "Opta Joe" statistika platforması sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilir ki, 39 yaşlı hücumçu qeyd olunan göstəriciyə qrup və pley-off mərhələlərində imza atıb. O, Kabo-Verde ilə keçirilən 1/16 final matçında 5,2 kilometr, İsveçrəyə qarşı rəsmi görüşdə isə 5,3 kilometr məsafəni piyada addımlayıb.
Lionel Messi hazırda 8 qolla dünya çempionatının bombardirlər yarışına təkbaşına başçılıq edir. Təcrübəli oyunçu eyni zamanda dünya çempionatları tarixində ümumilikdə vurduğu 21 qolla turnirin bütün zamanların ən yaxşı bombardiridir.
Qeyd edək ki, Argentina yığması Messi ilə birlikdə dünya çempionatının yarımfinal mərhələsinə vəsiqə qazanıb. Cənubi Amerika təmsilçisi finala gedən yolda İngiltərə millisi ilə üz-üzə gələcək. İyulun 15-də keçiriləcək bu mühüm matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.












