Futbol üzrə 2026-cı il dünya çempionatı bütün həyəcanı ilə davam edir.
Matc.az xəbər verir ki, turnirin yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində Fransa və İspaniya yığmaları üz-üzə gələcək.
Arlinqtondakı "AT&T Stadium"da təşkil olunacaq bu mühüm qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
1/4 finalda Fransa Mərakeşi (2:0), İspaniya isə Belçikanı (2:1) turnirdən kənarlaşdıraraq adını yarımfinala yazdırıb.
Həlledici matçdan əvvəl 2016-cı ildə Nitsada baş vermiş terror aktı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad ediləcək.
Qeyd edək ki, futbol tarixində ilk dəfə olaraq üç ölkənin – ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi ilə keçirilən dünya çempionatı 11 iyun – 19 iyul 2026-cı il tarixləri arasında təşkil olunur.
DÇ-2026
Yarımfinal
14 iyul
23:00. Fransa – İspaniya
Baş hakim: İvan Barton
Baş hakimin köməkçiləri: David Moran, Antonio Pupiro
Dördüncü hakim: Qlenn Nyuberq
VAR: Armando Villarreal
AVAR: Tatyana Saçilotti
Dəstək VAR hakimi: David Kut
"AT&T Stadium" (Arlinqton)












