İspaniya millisinin qapıçısı Unai Simon 2026-cı il dünya çempionatının yarımfinal mərhələsində qarşılaşacaqları Fransa yığmasının hücumçuları Usman Dembele və Kilian Mbappenin oyununu dəyərləndirib.
Matc.az xəbər verir ki, təcrübəli qolkiper hər iki hücumçunun komandası üçün ciddi təhlükə yaratdığını vurğulayıb.
İspaniya yığmasının qolkiperi Usman Dembelenin meydandakı hərəkətlərini təxmin etməyin çətin olduğunu bildirib: "Fransa heyətində ən gözlənilməz oyunçu Dembeledir, çünki o, hər iki ayağı ilə eyni dərəcədə yaxşı oynayır. Kilianın çox geniş texniki arsenalı var, lakin Dembele hər iki ayağından eyni dərəcədə səmərəli istifadə edir: asma edə bilər, demək olar ki, istənilən mövqedən zərbə vura bilər. Bu, son dərəcə təhlükəli rəqibdir. Qarşımda hücumçulardansa bir müdafiəçinin olmasını üstün tutardım. Düzünü desəm, onlardan heç biri ilə üz-üzə gəlməmək daha yaxşı olardı".
Qeyd edək ki, İspaniya və Fransa yığmaları arasında keçiriləcək dünya çempionatının yarımfinal matçı çərşənbə axşamı Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.












