Futbol üzrə 2026-cı il dünya çempionatı bütün həyəcanı ilə davam edir.

Matc.az xəbər verir ki, bu gün 1/4 final mərhələsinin növbəti oyunu keçiriləcək.

Yarımfinala vəsiqə uğrunda mübarizədə İspaniya Belçika ilə üz-üzə gələcək.

Bu cütün qalibi yarımfinalda Fransa millisi ilə qarşılaşacaq.

Qeyd edək ki, futbol tarixində ilk dəfə olaraq üç ölkənin – ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi ilə keçirilən dünya çempionatı 11 iyun – 19 iyul 2026-cı il tarixləri arasında təşkil olunur.

DÇ-2026
1/4 final
10 iyul

23:00. İspaniya – Belçika

Baş hakim: Maykl Oliver
Baş hakimin köməkçiləri: Stüart Bert, Ceyms Meynvayrinq
Dördüncü hakim: Ramon Abatti
VAR: Devid Kut
AVAR: Li Meysan
Dəstək VAR hakimi: Stüart Attuell
"Los-Anceles" stadionu (Los-Anceles)

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest