"Neftçi" bu gün təlim-məşq toplanışı çərçivəsində sonuncu sınaq oyununa çıxacaq.

Sloveniyada yay hazırlıq prosesini davam etdirən "Neftçi" bu gün təlim-məşq toplanışı çərçivəsində sonuncu sınaq oyununa çıxacaq.

Matc.az xəbər verir ki, ukraynalı mütəxəssis Yuri Vernidubun rəhbərlik etdiyi paytaxt təmsilçisi Xorvatiyanın güclü klublarından olan "Osiyek"lə üz-üzə gələcək.

Lendava şəhərindəki eyniadlı stadionda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da başlanacaq.

Qeyd edək ki, bu oyunla Sloveniya toplanışına yekun vuracaq "ağ-qaralar" daha əvvəl keçirdikləri 3 yoxlama görüşündə fərqli nəticələr alıblar. Bakı klubu Serbiyanın "Partizan" (0:1) və Rumıniyanın "ÇFR Kluj" (1:2) komandalarına məğlub olsa da, digər Serbiya təmsilçisi "Radniçi NİŞ" üzərində 3:0 hesablı inamlı qələbə qazanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest