"İspaniya nəinki hücum etməyi bacarır, həm də 6 oyunda cəmi 1 qol buraxaraq çox yaxşı müdafiə olunur".
Fransa millisinin baş məşqçisi Didye Deşam 2026-cı il dünya çempionatının yarımfinal mərhələsində İspaniyaya qarşı keçiriləcək oyun öncəsi rəqib komandanın gücünü yüksək qiymətləndirib. Təcrübəli mütəxəssis rəqibi bu cütün favoriti adlandırıb və onların müdafiə xəttinini xüsusi ilə vurğulayıb.
Matc.az xəbər verir ki, bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb.
Fransalı çalışdırıcı rəqibin turnirdəki çıxışına diqqət çəkib: "Mən hələ də hesab edirəm ki, İspaniya Fransadan daha güclü komandadır. Kabo-Verdeyə qarşı uğursuz start matçından sonra onlar bu turnirin ən güclü yığması olduqlarını sübut etdilər.
İspaniya nəinki hücum etməyi bacarır, həm də 6 oyunda cəmi 1 qol buraxaraq çox yaxşı müdafiə olunur. Bu görüşdə hər iki komanda müdafiəyə diqqət yetirəcək, lakin onların hücum xətlərinin keyfiyyətini nəzərə alsaq, mən hesab edirəm ki, oyun son dərəcə maraqlı keçəcək".
Qeyd edək ki, Fransa və İspaniya yığmaları arasında keçiriləcək yarımfinal qarşılaşması bu gün, iyulun 14-də baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.













