Fransa və İspaniya yığmaları arasında keçiriləcək dünya çempionatının yarımfinal oyunundan əvvəl 2016-cı ildə Nitsada baş vermiş terror aktı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad olunacaq.

Matc.az xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron öz rəsmi sosial şəbəkə hesabında məlumat paylaşıb.

Bildirilir ki, Fransa dövlət başçısı bu addımın faciənin 10-cu ildönümü ilə bağlı olduğunu qeyd edib: "Fransa - İspaniya matçından əvvəl, 14 iyul 2016-cı il hadisələrindən on il sonra, Nitsadakı terror aktı qurbanlarının xatirəsinə bir dəqiqəlik sükut elan olunacaq. Fransanın bu xahişinə müsbət cavab verdiyi üçün FİFA prezidentinə təşəkkür edirik".

Qeyd edək ki, 14 iyul 2016-cı ildə Nitsada idarə olunan ağır yük avtomobili atəşfəşanlığı izləmək üçün toplaşan minlərlə insanın üzərinə sürülüb. Hadisə nəticəsində 86 nəfər həlak olub, 450-dən çox insan isə yaralanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest