UEFA-nın Klubların Maliyyə Nəzarəti Orqanı İtaliyanın "Yuventus" klubu ilə bağlı araşdırmalara başlayıb. Matc.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
 
Turin təmsilçisi lisenziya və maliyyə feyr-pleyi qaydalarını pozmaqda günahlandırılır.
 
Xatırladaq ki, iki gün əvvəl İtaliya klubunun prezidenti Andrea Anyelli və vitse-prezidenti Pavel Nedved idarə heyəti ilə birlikdə istefa veriblər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest