Böyük Britaniyanın sabiq baş naziri Marqaret Tetçerin keçmiş köməkçisi Nil Qardiner İngiltərə Premyer Liqasında çıxış edən Argentina millisinin futbolçularının işçi vizasından məhrum edilməsinə çağırıb.
Matc.az xəbər verir ki, bu barədə siyasətçi sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilir ki, 2026-cı il dünya çempionatının yarımfinal matçında Argentinanın İngiltərəyə qalib gəlməsindən (2:1) sonra cənubi amerikalı futbolçular meydanda üzərində "Malvin adaları argentinalılarındır" yazılmış bannerlə görünüblər.
"Bu iyrənc antibritaniya hərəkətində iştirak edən İngiltərə Premyer Liqasındakı bütün argentinalı futbolçular Böyük Britaniyanın işçi vizasından məhrum edilməlidir. Buna qarşı sıfır tolerantlıq nümayiş olunmalıdır", - deyə Qardiner paylaşımında yazıb.
Qeyd edək ki, İngiltərədə Argentina millisinin heyətindən qapıçı Emiliano Martines ("Aston Villa"), müdafiəçilər Kristian Romero, Marko Senesi (hər ikisi "Tottenhem"), Lisandro Martines ("Mançester Yunayted"), yarımmüdafiəçilər Enso Fernandes ("Çelsi") və Aleksis Makallister ("Liverpul") çıxış edirlər.













