"Yuventus" Türkiyə millisinin müdafiəçisi Zəki Çəliklə müqavilə imzaladığını açıqlayıb.

Matc.az xəbər verir ki, bu barədə Turin klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, 29 yaşlı futbolçu ilə bağlanan müqaviləsinin müddəti 2029-cu il iyunun 30-na qədər nəzərdə tutulub.

Zəki Çəlikin "Yuventus"a keçidindən əvvəlki son klubu 2022-ci ilin yayından bəri şərəfini qoruduğu "Roma" olub. Türkiyəli futbolçu müqaviləsinin başa çatması ilə əlaqədar olaraq "canavarlar"ın düşərgəsini tərk edib.

Ötən mövsüm Çəlik bütün turnirlərdə 45 matçda iştirak edib, 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalında futbolçunun dəyəri 14 milyon avro təşkil edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest