"Qarabağ"ın UEFA Avropa Liqasının II təsnifat mərhələsində qarşılaşa biləcəyi komanda bəlli olub.

"Qarabağ"ın UEFA Avropa Liqasının II təsnifat mərhələsində qarşılaşa biləcəyi komanda bəlli olub.

Matc.az xəbər verir ki, Ağdam təmsilçisi I təsnifat mərhələsində İslandiyanın "Vestri" klubunu üstələyəcəyi təqdirdə, növbəti raundda Bolqarıstanın ÇSKA kollektivi ilə üz-üzə gələcək.

Sofiya təmsilçisi ilk təsnifat mərhələsində İrlandiyanın "Derri Siti" komandasını iki oyunun ümumi nəticəsinə görə 5:3 hesabı ilə mübarizədən kənarlaşdıraraq "Qarabağ"ın potensial rəqibi olub.

Qeyd edək ki, "Qarabağ" "Vestri" ilə Bakıda keçirilən ilk görüşdə rəqibini 3 cavabsız qolla məğlub edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest