Beynəlxalq Futbol Federasiyasının (FİFA) İntizam Komitəsi 2026-cı il dünya çempionatının yarımfinal matçından sonra Argentina millisinin futbolçuları tərəfindən siyasi bannerin nümayiş etdirilməsi ilə bağlı vəziyyətin təhlilinə başlayıb.

Matc.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

"Standart prosedura uyğun olaraq, FİFA-nın İntizam Komitəsi hazırda matç barədə hesabatları qiymətləndirir və intizam məcəlləsi əsasında mümkün növbəti addımlarla bağlı qərar qəbul etməzdən əvvəl müvafiq halları nəzərdən keçirir", - deyə bəyanatda bildirilir.

Siyasi şüar əks olunmuş bannerin nümayişinə görə argentinalılar müxtəlif növ sanksiyalarla - cərimədən tutmuş futbolla bağlı hər hansı fəaliyyətə qadağaya qədər cəzalandırılmaq riski ilə üz-üzədirlər. Lakin İspaniyanın "Cope" radiostansiyasının məlumatına görə, FİFA 2026-cı il dünya çempionatı başa çatana qədər heç bir sanksiya tətbiq etməyəcək.

Qeyd edək ki, Argentina millisinin futbolçularının yarımfinal oyununda İngiltərə yığması üzərində qazanılan qələbəni (2:1) üzərində "Malvin adaları argentinalılarındır" ifadəsi yazılmış bannerlə qeyd etmişdi.

Ölkələr arasında Folkled (Malvin) adaları ətrafında uzunmüddətli ərazi mübahisəsi aparılır. Argentina tərəfi İspaniyadan müstəqillik qazandıqdan sonra vərəsəlik hüququ ilə bu əraziləri özününkü hesab edir və 1833-cü ildə qurulan Britaniya nəzarətini təcavüz aktı adlandırır. Bu məsələ dəfələrlə Birləşmiş Millətlər Təşkilatının (BMT) səviyyəsinə çıxarılıb, 1982-ci ildə isə münaqişə avropalıların qələbəsi ilə başa çatan tammiqyaslı müharibəyə çevrilib. Argentina BMT mexanizmləri vasitəsilə adaların Böyük Britaniyaya məxsusluğunu mübahisələndirməyə çalışmaqda davam edir, lakin tərəflər hələ ki, kompromisə gələ bilməyiblər.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest