Avropa Konfrans Liqasında 1-ci təsnifat mərhələsinin oyunları keçirilir. Matc.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.

Avropa Konfrans Liqasında 1-ci təsnifat mərhələsinin oyunları keçirilir. Matc.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.
 
Finlandiya "İnter"i doğma meydanda Kosovonun "Drita" komandası ilə üz-üzə gəlib. Farer adalarının "Vikinqur" komandası isə evdə Cəbəllütariq "Europa"sı ilə qarşılaşıb. Hər iki oyunda meydan sahibləri minimal hesabla üstün olublar.
 
Mərhələnin qalan oyunları iyulun 7-də keçiriləcək.
 
Avropa Konfrans Liqası
1-ci təsnifat mərhələsinin ilk oyunları

5 iyul
 
Qzira Yunayted (Malta) – Atletik Eskaldes (Andorra) 1:1
Sent Cozefs (Cəbəllütariq) – Larne (Şimali İrlandiya) 0:0
 
6 iyul
 
İnter (Finlandiya) – Drita (Kosovo) 1:0
Vikinqur (Farer adaları) – Europa (Cəbəllütariq) 1:0

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest