Bu gündən etibarən AFFA-nın təşkil etdiyi AFFA U-8, AFFA U-9, AFFA U-10, AFFA U-11, AFFA U-12, AFFA U-13, AFFA U-14, AFFA U-15, AFFA U-16, AFFA U-17 və AFFA Gənclər Liqasının 2025/2026-cı illər mövsümündə iştirak etmək istəyən komandaların qeydiyyat mərhələsinə start verilir.

Matc.az xəbər verir ki, liqalara qoşulmaq istəyən yeni komandalar üçün isə son qeydiyyat tarixi 10 avqust, saat 14:00-a qədərdir.

Liqalarda iştirak etmək və qeydiyyatdan keçmək istəyənlər liqalar@affa.az elektron ünvanına müraciət edə bilərlər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest