UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Araz-Naxçıvan"ın rəqibi olan "Aris" heyətinə yeni qapıçı cəlb edib.

Matc.az xəbər verir ki, Saloniki təmsilçisi "İstra"dan ayrılan Lovro Maykiçi rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

25 yaşlı xorvatiyalı qolkiperlə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Araz-Naxçıvan"la "Aris" arasında ilk oyun iyulun 24-də Bakıda, cavab görüşü isə 1 həftə sonra Yunanıstanda baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest