02 İyul 2025, 20:40
FUTBOL
"Liverpul" "Bavariya"nın kolumbiyalı vinger Luis Diası transfer etmək təklifini rədd edib.
Matc.az xəbər verir ki, bu barədə Ben Yakobs məlumat yayıb.
Bir gün əvvəl "Bavariya" "Liverpul"a Diası transfer etmək üçün rəsmi təklif göndərmişdi. Futbolçunun özü Almaniya çempionlarına qoşulmağa hazır olsa da, "Liverpul" rəhbərliyi bundan imtina edib.
Qeyd edək ki, daha əvvəl cinah oyunçusunun "Barselona"ya keçmək arzusunda olduğu bildirilirdi. O, ötən mövsüm İngiltərə çempionlarının heyətində 50 oyun keçirib, 17 qol vurub və 8 məhsuldar ötürmə edib. 28 yaşlı futbolçunun transfer dəyəri 70 milyon avro qiymətləndirilir.