"Fənərbaxça" heyətinə yeni müdafiəçi cəlb etmək istəyir.

Matc.az xəbər verir ki, İstanbul nəhəngi "Əl-Cəzirə"də çıxış edən Ravil Taqirlə maraqlanır. Bu barədə "Sözcü" nəşri məlumat yayıb.

"Fənərbaxça" türk futbolçunu satınalma bəndi ilə icarəyə götürmək üçün Birləşmiş Ərəb Əmirlikləri klubuna rəsmi təklif göndərəcək.

Qeyd edək ki, "Əl-Cəzirə" Ravil Taqiri ötən ilin yayında "Başakşehir"dən transfer edib. 22 yaşlı mərkəz müdafiəçisi komandanın heyətində keçirdiyi 31 oyunda 3 qol vurub, 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest