Azərbaycanlı hücumçu Lüksemburqun "Saar" klubu ilə yoxlama görüşündə meydana çıxıb.

Mahir Emreli "Kayzerslautern"in heyətində ilk oyununa çıxıb.

Matc.az xəbər verir ki, azərbaycanlı hücumçu Lüksemburqun "Saar" klubu ilə yoxlama görüşündə meydana çıxıb.

Start heyətdə meydana daxil olan 27 yaşlı futbolçu, fasilədə əvəzlənib.

Qarşılaşma "Kayzerslautern"in 19:0 hesablı qələbəsi ilə başa çatıb. Mahir qarşılaşmanın 43-cü dəqiqəsində komandasının 5-ci qolunu vurub.

Qeyd edək ki, bu, "Kayzerslautern"in 2025/26 mövsümünə hazırlıq çərçivəsində ilk oyunu olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest