02 İyul 2025, 19:52
FUTBOL
Mərkəz müdafiəçisi Cerred Brantuayt "Everton"la müqaviləsini uzadıb.
Matc.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
23 yaşlı ingilislə yeni müqavilə 5 il müddətinə - 2030-cu ilin yayına kimi nəzərdə tutulub.
Brantuayt 2020-ci ilin yanvarında "Karlayl"dan "Everton"a keçdikdən sonra o, "Blekbern" və PSV-yə icarəyə göndərilib.
Qeyd edək ki, ötən mövsüm Brantuayt "Everton"da bütün yarışlarda 32 oyuna çıxıb və bir məhsuldar ötürmə edib. Həmçinin İngiltərə U-21 gənclər komandasının iki oyununda iştirak edib.
"Transfermarkt" Brantuaytı 50 milyon avro dəyərində qiymətləndirir ki, bu da onu komandasının ən bahalı oyunçu edir.