02 İyul 2025, 17:42
FUTBOL
"Çelsi" "Brayton"un hücumçusu Joao Pedronu transfer edib.
Matc.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.
"Çelsi" Braziliya millisinin hücumçusu üçün onun klubuna 60 milyon avro təzminat ödəyəcək. 23yaşlı futbolçu ilə 8 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Joao Pedro ötən mövsüm "Brayton"un heyətində keçirdiyi 30 oyunda 10 qol vurub, 7 qol ötürməsi edib.