03 İyul 2025, 00:12
FUTBOL
"Atalanta" İngiltərənin "Sauthempton" klubunun yarımmüdafiəçisi Kamaldin Sulemananı heyətinə qatıb.
Matc.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.
Qana millisinin 23 yaşlı futbolçusunun müqavilə müddəti açıqlanmasa da, transferin dəyəri 17 milyon avro təşkil edib.
Qeyd edək ki, Premyer Liqada son mövsümünün yekunlarına görə, "Sauthempton" yüksək divizionu tərk edərək Çempionşipə düşdüyündən, bəzi futbolçularını satmaq məcburiyyətində qalıblar.
Sulemana ötən mövsüm "Sauthempton"un heyətində Premyer Liqada 26 matçda forma geyinib və 1 qol vurub.