"Atletiko" "Vilyarreal"ın futbolçusu Aleks Baenanı transfer edib.

Matc.az xəbər verir ki, bu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb.

"Atletiko" İspaniya millisinin üzvü üçün onun klubuna 45+5 milyon avro təzminat ödəyəcək. 23 yaşlı vingerlə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Aleks Baena ötən mövsüm "Vilyarreal"ın heyətində keçirdiyi 32 oyunda 7 qol vurub, 10 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest