02 İyul 2025, 19:10
FUTBOL
Komandanın üzvləri bu gün baş məşqçi Samir Abasovun rəhbərliyi altında növbəti məşqə çıxıblar.
"Neftçi" yeni mövsümə hazırlığı davam etdirir.
Matc.az xəbər verir ki, komandanın üzvləri bu gün baş məşqçi Samir Abasovun rəhbərliyi altında növbəti məşqə çıxıblar.
Əvvəlcə "Neftçi" Futbol Mərkəzindəki fitnes zalında hazırlaşan "ağ-qaralar" daha sonra meydana çıxaraq toplu və taktiki çalışmaları yerinə yetiriblər.
Qeyd edək ki, toplanışın ilk mərhələsi iyulun 14-dək Bakıda, ikinci mərhələsi isə iyulun 15-dən avqustun 2-dək Polşanın Keltse şəhərində təşkil olunacaq. "Binkovski Hotel"də məskunlaşacaq "Neftçi" orada 4 yoxlama görüşü keçirəcək.
_1751483513.jpg)
_1751483513.jpg)
_1751483513.jpg)
_1751483513.jpg)
_1751483513.jpg)
_1751483513.jpg)
_1751483513.jpg)
_1751483513.jpg)
_1751483513.jpg)